adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Yanvar 2022 15:46
237
MƏMLƏKƏT

“Bəy hamamı” cərimələndi

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq əməkdaşlarının və bir neçə müştərinin müvafiq COVID-19 pasportlarının olmadan fəaliyyət göstərməsi məlum olub.

Belə ki, obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4 000 manat miqdarında, orada işləyən şəxslər və müştərilər isə eyni maddənin tələbi ilə 200 manat miqdarında cərimə edilib.