adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Oktyabr 2022 12:20
659
HÜQUQ

"Bəzi videolar saxtadır" - Kamran Əliyev

"Bəzi ölkələrin və onların buradakı səfirliklərinin sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı birtərəfli mövqe tutur və bu da bizi narahat edir".

Adalet.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib. Onun sözlərinə görə, prosesə müdaxilə ikili standartlardan xəbər verir:

"Ermənistan ərazisində müharibə getməyib, əhali əziyyət çəkməyib. Videolar araşdırılmalıdır və nəticəsi barədə dəqiq məlumat verilməlidir".

Baş prokuror bildirib ki, istər Azərbaycan, istərsə də Ermənistan hərbçiləri tərəfindən işgəncə faktları ilə bağlı görüntülərin bəziləri saxta və ya doğrudur: "Təbii ki, bu kimi hallar araşdırılmalı və dəqiq məlumat təqdim olunmalıdır. Ermənistan yayılan görüntülərlə bağlı rəsmi bəyanat belə dərc etmədi. Azərbaycan isə dərhal məlum məsələni araşdırdı. Son videolar barədə də məlumatlıyıq, araşdırma aparılır. Hətta bəzi videolar saxtadır. Artıq aidiyyəti qurumlarla birgə istintaq qrupu da yaradılıb və nəticələr olacaq. Azərbaycan hökumətinə vaxtından əvvəl panika şəklində təsir göstərmək yolverilməzdir. Ermənistan tərəfindən də açıqlama olmalıdır".