27 Sentyabr 2024 23:53
90
SİYASƏT

BMT-də Azərbaycanın işğaldan azad edilən ərazilərdə gördüyü işlərdən danışılıb

BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası keçirilib.

Adalet.az xəbər verir ki, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edib.

Elnur Məmmədov Azərbaycanın müxtəlif yaradıcı və sülhyönümlü layihələrin həyata keçirilməsi yolu ilə sülh, tolerantlıq və dinc yaşama mədəniyyətinin təşviqi üzrə qlobal səylərə töhfə vermək səylərindən danışıb.

Qeyd olunub ki, Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupu ilə sıx əməkdaşlığını davam etdirməyə hər zaman hazırdır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçmiş münaqişənin dağıdıcı humanitar və mədəni nəticələrinin aradan qaldırılması ilə yanaşı Ermənistanla sülh prosesinin təşviqi istiqamətində də fəaliyyəti qeyd olunub.