adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Avqust 2022 20:25
467
GÜNDƏM

Böyük dövlətlərinin oyununda kiçik dövlətlərin maraqları nəzərə alınmır

 

Əslində Londondakı səfirliyimizdəki məlum olayların kökü o qədər dərindir ki, bu hadisənin hardan qaynaqlandığını eşələyib tapmaqda bir o qədər qəlizdir. Amma azca da olsa olayı çözməyə çalışıram.  Yadınızdadırsa, ötən ay Rusiyanın İrandan 300 Pilotsuz Uçuş Aparatı (PUA) alacağı barədə məlumat Birləşmiş Ştatlar tərəfindən gündəmə gətirildi. Fakt sübut olundu. Üstəgəl təxminən bir həftə əvvəl İran bəyan etdi ki, Atom bombası yapma kabiliyetine sahibik İran bu açıqlamasından sonra ABŞ və Qərbin cizdiyi qırmızı xətti keçmiş oldu. Təbii ki, İran haqqında ətraflı ölcü götürülməsi və cəzalandırılması acıqlanmasa belə ABŞ və Qərbin növbəti planına çevrildi.yi şübhəsizdir. İndi qalır, İranı yazın məsafədən - hardan, hansı ölkədən vurmaq...

 

Kərimə dövləti

 

İndi kecək İran mövzusuna. Bütün dünya anlayır ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi ən cox İranı üzüb. Yadınızdadırsa, Azərbaycanın özünəmin hərəkətlərinə öfkələnən İranın su, quru, dəniz sərhəddimizdə apardığı hərtərəfli hərbi təlimlərı və hrbə-zorba açıqlamları Azərbaycan dövlətində də soyuq münasibətə səbəb oldu. İranın dini lideri Xameneyi də Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu deyəndən sonra münasibətlərdə durğunluq yaranmağa başladı. Yeri gəlmişkən, tez-tez Azərbaycan dövlətinin yerində Kərimə dövlətinin yaranması ilə bağlı iddialar xalqımızı incitməyə bilməzdi.

 

İndi də keçək, "Qisas" əməliyyatına...

 

Ermənistana həddini bildirmək üçün Azərbaycan dövləti Qarabağda hərbi əməliyyat kecirən kimi İran yenə qoşununu sərhəddimizə daşıdı. Bu nüanslar təbii ki, İranı vurmaq üçün fürsət axtaran ABŞ və Qərb üçün əsl qarmaqdı.İranı Kremlə yaxın əlaqələri olan, tərəfdaş bildiyi Azərbaycanın tərəfindən vurmaq ən asan yoldur. Çünki, İrana Azərbaycan tərəfdən zərbələr yendirmək, ümumiyyətlə ABŞ və Qərbin Qafqazda olması Rusiyanın Qafqazdan əlinin çıxması deməkdir. Qafqaz Rusiya üçün hazırda böyük nəfəslik rolunu oynayır. Məhz İranın İraqdan deyil Qafqazdan daha dəqiq Azərbaycandan vurulması böyük güclərin planına daxil kimi görünür.

Azərbaycan səfirliyinin basqına uğraması, bayrağının yerə atılması əslində məsuliyyət İngiltərənin üzərinə düşür. Çünki səfirlik hansısa bir vilayətdə uzaq bölgədə deyil Londonun mərkəzindədir.güc strukturları bunun qarşısını ala bilərdi. Bilməyibsə demək ki, plan var!

Azərbaycan dövlətini qınamağı hardasa düzgün hesab etmirəm. Çünki böyüklərin oyununda kiçiklərin istəkləri nəzərə alınmır. 

Son nəticə olaraq düşünürəm ki, ABŞ İran üçün çox təhlukəli bir plan hazırlayıb və bu plan İran tərəfindən incidilmiş və hər zaman təhdid altında olan Azərbaycanın əli ilə başlanması düşünülür.

Əntiqə Rəşid