adalet.az header logo
  • Bakı -°C
02 Noyabr 2025 17:30
102
DÜNYA
A- A+

Britaniyanın dövlət borcu 20 ildə 3 dəfə artdı

Böyük Britaniyanın dövlət borcu 2005-2025-ci illər arasında üç dəfə artıb.

Adalet.az xəbər verir ki, bu barədə “Deyli Telegraf” nəşri “Oxford Economics” konsaltinq şirkətinin apardığı təhlillərə istinadla məlumat yayıb.

Qeyd olunub ki, Britaniyanın dövlət borcu 2,9 trilyon funt sterlinq (3,8 trilyon dollar) və ya ÜDM-in təxminən 100%-ni təşkil edir:

“Bu, Birləşmiş Krallığın borc faiz ödənişlərinə hər il 100 milyard funt sterlinqdən (130 milyard dollar) çox pul xərclədiyi deməkdir”.