adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Dekabr 2021 09:31
784
ELM VƏ TƏHSİL

Bu il 211 məktəbə direktor təyin olunub

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə nəticəsində 211 nəfər direktor vəzifəsinə təyin edilib.

Bu barədə Adalet.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr davam edir. Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.