26 Sentyabr 2024 17:18
110
AVTOMABİL

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

28 sentyabr 00:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsilə kəsişməyədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılacaq. 

Bu barədə Adalet.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.