adalet.az header logo
  • Bakı -°C
12 Noyabr 2025 15:36
59
GÜNDƏM
A- A+

Bu müddətli hərbi qulluqçulara leytenant hərbi rütbəsi veriləcək

Leytenant hərbi rütbəsi verilən hərbi qulluqçuların siyahısı genişləndirilir.

Adalet.az xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik təklif edilir.

Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək.