"Bu, müəyyən müddətdən sonra hiss olunacaq" - Nazir müavini
"Büdcə siyasətində sosialyönümlülük prinsipinin qorunmasına, insan resurslarının, o cümlədən gənclərin inkişafı və ictimai təşəbbüslərin dəstəklənməsinə xüsusi diqqət göstərilir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
Nazir müavini bildirib ki, məqsəd iqtisadi artımın hər bir vətəndaşın həyatına daha çox müsbət təsir göstərməsi, investisiyaların real sektorda yeni imkanlar yaratması və cəmiyyətin ümumi inkişafına töhfə verməsidir:
"Bu baxımdan büdcə layihəsi önəmli iqtisadi sənəd hesab olunur. Büdcə zərfində iqtisadiyyatın inkişafı, neft gəlirlərindən asılılığın azaldılması, özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması və valyuta ehtiyatlarının qorunması istiqamətləri öz əksini tapıb. 2026-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 57 faizi qeyri-neft-qaz sektorunun payına düşür. Növbəti ildə qeyri neft-qaz ÜDM-in 5 faiz artacağı proqnozaşdırılır. Makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının əsas göstəricilərindəndir. Bu əlverişli şərait ölkədə maliyyə nizam-intizamının qorunmasına, inflyasiyanın idarə olunmasına, investisiya mühitinin yaxşılaşmasına və qeyri-neft sektorunun genişlənməsinə imkan yaradır.
Eyni zamanda, iqtisadi artımın sosial rifahla uzlaşdırılmasını və uzunmüddətli inkişaf strategiyalarının həyata keçirilməsini stimullaşdırır. Hazırda ölkədə iqtisadiyyatın şaxələnməsinə yönəlmiş fəaliyyət davam edir və bu fəaliyyətin iqtisadi artıma təsiri müəyyən müddətdən sonra hiss olunacaqdır. Ötən 9 ayda əsas kapitala 13 mlrd. manat vəsait yönəldilib".
Digər Xəbərlər
12 Noyabr 2025 13:21
"Büdcə parametrlərinin proqnoz göstəricilərindən kənarlaşa biləcəyi vurğulanıb" - Sədr müavini
12 Noyabr 2025 11:26
“Son 30 ildə iqtisadiyyatımıza 300 milyard dollardan artıq sərmayə cəlb edilib”
12 Noyabr 2025 10:55
“Ermənistan Zəngəzur dəhlizini qısa müddətdə bərpa edərsə...”
12 Noyabr 2025 10:43


Bakı -°C

