Bu ölkə vətəndaşlarının Livandan təxliyəsi üçün hazırlıqlara başlayıb
Türkiyə ordusu Hizbullah və İsrail arasındakı qarşıdurmalara görə Türkiyə və xarici vətəndaşların Livandan mümkün təxliyəsi üçün hazırlıqlara başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildirib.
“Ordumuz vətəndaşlarımızın və əcnəbi vətəndaşların Livandan təhlükəsiz şəkildə təxliyəsi üçün istənilən missiyanı yerinə yetirmək üçün imkan və resurslara malikdir.
Hazırda Livanda baş verən hadisələr Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə yaxından izlənilir, mümkün təxliyə əməliyyatı çərçivəsində ilkin hazırlıq işləri aparılır”, - qeyd olunub.
O da bildirilib ki, Livana yardım koordinasiyalı şəkildə davam etdiriləcək.
Digər Xəbərlər
27 Sentyabr 2024 01:17
Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
27 Sentyabr 2024 00:16Blinken: Azərbaycan-Ermənistan sülh sazişi regiona sabitlik və rifah gətirəcək
26 Sentyabr 2024 22:06Türkiyə BRİKS-ə görə NATO-dan çıxır? - Ərdoğan açıqladı
26 Sentyabr 2024 22:01Anna Akopyanın Əminə Ərdoğanla səmimi görüşü - FOTOLAR + VİDEO
26 Sentyabr 2024 21:47