Bu qızların yazdığı mesajları açmayın - BƏLAYA DÜŞƏ BİLƏRSİNİZ
Son dövrlər sosial şəbəkələrdə yeni dələduzluq növü yaranıb. Bu kiberdələduzluq xaricdən idarə olunur və əsas iştirakçıları gənc qızlardır.
Adalet.az xəbər verir ki, yüzlərlə azərbaycanlı gənc bu dələduzluq növünün qurbanı olub.
Onlar niyyətlərini həyata keçirmək üçün "İnstagram" sosial platformasından istifadə edirlər.
Məsələn, "İnstagram"da azərbaycanlı gəncə yazan və Sinqapurda yaşadığını deyən qız onunla münasibət qurur. Bir neçə gün "İntagram"da söhbət etdikdən sonra qız "Whatsapp"da danışmaq istədiyini deyir. Azərbaycanlı gənc isə sinqapurlu qızın bu təklifi ilə razılaşır.
"Whatsapp"da da bir neçə gün danışdıqdan sonra qız həqiqi niyyətini göstərməyə başlayır. Oğlana bildirir ki, maliyyə işi görür və yaxşı pul qazanır. Təklif edir ki, o da maliyyə pramidasına qoşulub külli miqdarda pul qazana bilər. Gənc onunla razılaşır. Maliyyə pramidasına qoşulan gənc həqiqətən də pul qazanır.
Məsələn, günün əvvəlində 30 dollar yatırım edən azərbaycanlı gün sonunda 100 dollar qazanmış olur. Qazandığı 100 dollar həqiqətən də oğlanın hesabına göndərilir. Gənc düşünür ki, 1 günə 70 dollar gəlir əldə edib və bu işi davam etdirməlidir. Səhəri gün 100 dollar yatırım edir ki, məsələn 250 dollar qazansın.
Qarşı tərəf də oğlanı həvəsləndir ki, dah çox yatırım etsin. Gənc oğlan gün keçdikcə, yatırımı daha da artırır. Məsələn, bir gün 2 min dollar yatırım edir ki, onsuz da 4 min dollar qazanacaq. Amma bu dəfə düşündüyü kimi olmur. Yatırım edən kimi həm sistem, həm də sinqapurlu qız onu bloklanır.
Oğlan artıq aldadıldığını anlayır amma edəcək heçnə yoxdur. Çünki nə yazan qızın, nə də yatırım etdiyi şirkətin ünvanı məlum deyil.
Qeyd edək ki, yazan qızların əksəriyyətini özünü Sinqapur, Malaziya, Hindistan, İndoneziya, Almaniya, ABŞ və.s ölkənin vətəndaşı kimi təqdim edir.
Dələduzluğun qurbanı olmamaq üçün sosial şəbəkələrdə yazan hər kəslə cavab vermək, yaxın münasibət qurmaq lazım deyil.
Digər Xəbərlər
12 Noyabr 2025 12:52
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək
12 Noyabr 2025 11:21
Bayram günlərində nə qədər sərnişin daşınıb?
12 Noyabr 2025 09:25
Kiçikhəcmli gəmi istifadəçilərinin NƏZƏRİNƏ!
12 Noyabr 2025 09:18
Yollarda görünüş məsafəsi məhdudlaşıb
12 Noyabr 2025 09:00
Bakı dumanlıdır - FAKTİKİ HAVA
10 Noyabr 2025 17:00
Sumqayıt sakinlərinə şad xəbər - Bakıya gələn yeni marşrut xətti açılır
10 Noyabr 2025 16:00
" Azəristiliktəchizat" niyə köhnə rejimlə işləyir?
10 Noyabr 2025 12:17


Bakı -°C

