adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Dekabr 2021 13:41
1091
ƏDƏBİYYAT

BU YERDƏ BƏXTİYAR VAHABZADƏ DEYƏRDİ: «GET BUNUN ÇORTUNA, GÖR NƏ  GÖRƏRSƏN?»

Bir tülkünün quyruğu qayanın altında qalır. Xilas olmaq üçün  məcbur qalıb  quyruğunu kəsir.

 

Yolda gedəndə başqa bir tülkü bunu görüb soruşur:

 

- Quyruğunu  niyə kəsmisən?

 

Quyruğu  kəsik olan tülkü deyir:

 

-  Belə  çox gözəldir, özümü  çox xoşbəxt hiss edirəm, sevincimin həddi-hüdudu yoxdur.

 

Bunu eşidən digər tülkü də gedib quyruğunu kəsir. Şiddətli ağrılar içində məsləhət verən tülkünün yanına gəlib deyir:

 

- Niyə yalan danışdın? Axı bu çox pisdir, ağrıdan ölürəm.

 

Birinci tülkü deyir:

 

- Əgər quyruğunun kəsilməsini ağrıverici və pis olduğunu digər tülkülərə  desən, heç bir tülkü quyruğunu  kəsməz və bizimlə məzələnərdi.

 

Beləliklə, bu iki  tülkü quyruğunun kəsilməsini «yaxşı və xoşbəxtverici» olduğunu  bütün tülkülərə  danışmağa başlayır.

 

Bir müddət sonra əksər tülkülər quyruğunu kəsir  və quyruğu kəsik olmayan tülkülər azlıq təşkil etdiyinə görə qüsurlu hesab olunmağa  başlayırlar. Quyruğu kəsiklər quyruğu kəsik  olmayanlarla məzələnirlər.

 

Həyat da belədir.

 

Əvvəlcə pisliyi, saxtakarlığı və s. təbliğ edirlər, sonra  yaxşı, dürüst, pak insanlara  anormal kimi baxırlar.


Rauf Qərib ALAGÖZ