adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Fevral 2023 13:25
1196
MƏDƏNİYYƏT

Cövdət Şükürov: “Məni bu fikrimə görə qadınlar öldürəcəklər” 

Aktyor və prodüser Cövdət Şükürov müzakirə yaradacaq açıqlama verib.

Adalet.az xəbər verir ki, bu barədə o, “Mən” proqramında danışıb. Xanımların gücsüz olduğunu düşünən Şükürovun bu fikirləri tənqid olunub: 

“İndiki qadınlar o qədər güclü deyillər. O vaxt bizim analarımız, nənələrimiz ruhən çox güclü idilər. Bilmirəm, qadının gücünü nəylə ölçürük. Amma beynimdəki ölüçüyə görə belədir. Məni bu fikrimə görə qadınlar öldürəcəklər. Bəlkə də, xanımların gücü kişilərə qarşı nə qədər dözümlü olmaqları ilə ölüçülür. Söhbət fiziki gücdən gedirsə, qadınlar zəifdir”.

Əntiqə