adalet.az header logo
  • Bakı 17°C
17 Yanvar 2022 18:42
390
SAĞLAMLIQ

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir. İkinci mərhələ üzrə vaksinasiya olunan yoxdur. "Buster" doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11872089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5200330, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4714478, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1757281 təşkil edir.