30 Noyabr 2022 01:04
206
İDMAN

DÇ-2022: İrana qalib gələn ABŞ yığması 1/8 finalda Niderlandla qarşılaşacaq - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda ABŞ yığması olub. 

Adalet.az-ın məlumatına görə, amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.

Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb. 

Komanda bu raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.

***

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşırlar.

Adalet.az-ın məlumatına görə, qarşılaşmada ikinci hissə başlayıb.

ABŞ yığması 1:0 hesabı ilə öndədir.

***

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşırlar.

Adalet.az-ın məlumatına görə, qarşılaşmada ilk hissə başa çatıb.

ABŞ yığması 1:0 hesabı ilə öndədir.

***

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşırlar. 

Adalet.az-ın məlumatına görə, qarşılaşmada hesab açılıb. 

Oyunun 38-ci dəqiqəsində Kristian Pulişiç ABŞ yığmasını hesabda önə çıxarıb. 

***

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşırlar. 

Adalet.az-ın məlumatına görə, oyun saat 23:00-da start götürüb. 

***

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda qarşılaşacaq İran və ABŞ yığmalarının start heyətləri açıqlanıb.

Adalet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

İran: 1. Əlirza Beyrəvand, 23. Ramin Rezaean, 19. Məcid Hüseyni, 8. Mürtəza Pürəligənci, 5. Milad Məhəmmədi, 6. Səid Ezotalahi, 21. Əhməd Nurullahi, 3. Ehsan Həcisəfi, 9. Mehdi Taremi, 20. Serdar Azmun, 17. Əli Qulizadə

ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 20. Kemron Karter Viks, 13. Tim Rim, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8.Ueston Makkeni, 21. Timoti Vea, 24. Coşua Serjent, 10. Kristian Pulişiç

Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.