adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Noyabr 2022 21:00
383
İDMAN

DÇ-2022: Fransa millisi qrupu lider kimi başa vurub  - YENİLƏNİB

Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.

Adalet.az-ın məlumatına görə, son turda Tunis yığması ilə qarşılaşan "xoruzlar" 1:1 hesablı heç-heçəyə razılaşıb.

Hesabı 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri açıb. Əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə isə Antuan Qrzimann yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Fransa seçməsi 1/8 finala birincisi kimi yüksəlib Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək. 

***

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda hesab açılıb.

Adalet.az-ın məlumatına görə, Afrika təmsilçisi 58-ci dəqiqədə Vəhbi Xəzrinin vurduğu qolla önə keçib.

***

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda ikinci hissə başlayıb.

Adalet.az-ın məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.

***

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda ilk hissə başa çatıb.

Adalet.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

***

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyunu start götürüb.

Adalet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

***17:46

Qətərdə keçirilən dünya çempionatının D qrupunun III turunda qarşılaşacaq Tunis və Fransa yığmalarının start heyətləri açıqlanıb.

Adalet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Tunis: 16. Aymen Dahmen, 15. Muhammed Ben Romdahne, 5. Nader Qandri, 21. Vacdi Keçrida, 10. Vahbi Xazri, 14. Aissa Layduni, 12. Ali Maalul, 4. Yassin Meria, 17. Elliess Sxiri, 25. Ben Slimani, 3. Montassar Talbi

Fransa: 16. Stiv Mandanda, 25. Eduardo Kamavinqa, 20. Kinqsli Koman, 3. Aksel Disasi, 13. Yusuf Fofana, 6. Matteo Qenduzi, 12. Randal Kolo Muani, 24. İbrahima Konate, 8. Aurelien Çaumeni, 4. Rafael Varan, 15. Cordan Veretut

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.