adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Iyul 2022 18:14
907
ŞOU-BİZNES

Dəhşətli qəzada sevgilisini itirən model: “Qolumu sındırmağa məcbur oldum”

Sevgilisini Bodrumda qəzada itirən britaniyalı model Yazmin Oukhellou səssizliyini pozub.

Adalet.az medianews.az-a istinadla xəbər verir ki, Yalıkavak-Bodrum yolunda baş verən qəzada Ceyk Robert Maklin ölüb, sevgilisi, model və aktrisa Yazmin Oukhellou isə yaralanıb.

Türkiyədə müalicə olunduqdan sonra ölkəsinə qayıdan britaniyalı aktyor qəza ilə bağlı açıqlamalar verib. Qəza zamanı 28 yaşlı aktrisa qolundan ciddi xəsarət alıb.

Yazmin Oukhellou qəza ilə bağlı bunları deyib: "Qəzadan sonra maşından düşüb kömək çağırmağa tələsdim. Qolum qapının arasından sıxışdığı üçün maşından düşə bilmədim. Qolumu sındırmaq məcburiyyətində qaldım. Daha sonra oradan çıxaraq kömək çağırdım. Ya sakit uzanıb qanaxmadan öləcəkdim, ya da xilas olmaq üçün öz qolumu qırmalı idim, başqa çarəm yox idi".

Aktrisa daha sonra yaşadığı kədər və sarsıntının onu müalicəyə möhtac etdiyini və qəzadan sonra anası Lizanın yanından ayrılmadığını açıqlayıb.

Qeyd edək ki, Yazmin Oukhellou İngiltərədə yayımlanan  "The Only Way Is Essex" serialında rol alır və modellik edir.