adalet.az header logo
  • Bakı 13°C
22 Iyul 2022 11:21
981
MƏDƏNİYYƏT

“Dəli Kür” filminin “Mələk” simalı aktrisası – 83 yaşında da gözəldir...


Azərbaycanın kino aktrisası, Azərbaycanın əməkdar artisti Zemfira Sadıxovanın sosial şəbəkələrdə yayılan sonuncu fotosu diqqətlərdən yayınmayıb.


Adalet.az xəbər verir ki, İllərin sənətçisinin dəyişimi onun sənətinə vurğun olanları təəccübləndirib. Zemfira Sadıxova 17 iyun 1939-cu ildə Bakıda anadan olub. O, 1961–1965-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
Zemfira Sadıxova 1974-cü ildən[ "Azərbaycanfilm" kinostudiyasında işləyir. O, bu kinostudiyanın nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmış və burada 30-dan çox filmdə rollar yaradıb.


Qeyd edək ki, Zemfira xanım aktyor Yusif Vəliyevin həyat yoldaşı olub. İki övladı var: Bahar və Pərviz


Əntiqə Rəşid