27 Fevral 2025 18:58
577
SİYASƏT

Delimitasiya komissiyasının növbəti iclasının keçirilmə vaxtı bilindi

Selimitasiyanın ikinci mərhələsi başlamazdan əvvəl Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının yeni iclası keçiriləcək.

Adalet.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə bildirib.

“Düşünürəm ki, daha bir görüş olacaq, çünki hələ müzakirə edilməli olan məsələlər var. Görüş işçi qruplar səviyyəsində keçiriləcək. Tərəflər intensiv olacaqları barədə razılığa gəliblər. Görüş martda baş tuta bilər", - deyə Qriqoryan bildirib.

Tavuşda delimitasiya prosesinin davam etdirilməsi kimin təşəbbüsü ilə bağlı suala Qriqoryan cavab verib ki, bu, “razılıq” əsasında olub.