adalet.az header logo
  • Bakı 18°C
02 Iyul 2022 15:30
500
SİYASƏT

Deputatdan Polis Günü ilə bağlı TƏBRİK

Bu gün Polis İşçilərinin Peşə Bayramı Günüdür.44 günlük Vətən müharibəsində Azərbaycan polisinin əməkdaşları da torpaqlarımızın işğaldan azad olunmasında və milli kimliyimizin qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərdilər.Ölkəmizdə cinayətkarlıqla mübarizə sahəsində əldə olunmuş nəaliyyətlər və vətəndaşların təhlükəsiz şəraitdə yaşamasının təmin olunması ,ictimai əsayişin qorunması, sabitliyin təmin edilməsi də polis işçilərinin gərgin iş rejiminin nəticəsidir.Peşə bayramı münasibətilə bütün polis işçilərini səmimi qəlbdən təbrik edir,xalqımız və dövlətimiz naminə fəaliyyətlərində uğurlar arzu edirəm.

Ülvi Quliyev
Milli Məclisin deputatı