adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Yanvar 2023 22:07
553
İDMAN

Derbini “Mançester Yunayted” qazandı, “Liverpul” səfərdə darmadağın oldu – YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasında XX tur davam edir.

Adalet.az xəbər verir ki, turun maraqlı oyunlarından biri Braytonda baş tutub.

Şəhərin eyniadlı komandası “Liverpul”u qəbul edib.

Görüş “Brayton”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər matçlarında “Sauthempton” səfərdə “Everton”a 2:1 hesabı ilə qalib gəlib.

“Nottingem” evdə “Lester”i 2:0, “Vulverhempton” isə “Vest Hem”i 1:0 məğlub edib.

18:32

İngiltərə Premyer Liqasında XX tur davam edir.

Adalet.az xəbər verir ki, turun mərkəzi matçında “Mançester Yunayted” “Mançester Siti”ni qəbul edib.

“Old Trafford”da oynanılan qarşılaşmada meydan sahibləri əzmkar qələbə qazanıblar - 2:1.

Hesabı 60-cı dəqiqədə qonaqlardan Cek Qriliş açıb. 78-ci dəqiqədə Brunu Fernandeş tarazlığı bərpa edib. Cəmi 5 dəqiqə sonra isə Markus Reşford görüşdə son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarını 38-ə çatdıran “Mançester Yunayted” 3-cü pilləyə yüksəlib. 39 xalı olan “Mançester Siti” 2-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 44 xalla “Arsenal” başçılıq edir.