adalet.az header logo
  • Bakı 16°C
18 Yanvar 2023 14:18
699
İDMAN

DEYƏSƏN «QARABAĞ»I CADULAYIBLAR 

Kadi Borges getdi, bir futbolçusuna da müştəri çıxıb, adı mənim üçün, mənə görə, heç «Qarabağ» üçün də o qədər önəmli deyil.

Antalyadakı təlim-məşq toplanışında keçirdikləri yoldaşlıq görüşlərində Abbas Hüseynov dizindən ağır yaralanıb, həkimlərin rəyinə görə, 8 ay yaşıl meydançaya çıxa bilməyəcək. Qapıçımız Şahruddin Məhəmmədəliyevin də qolu qırılıb, təxminən 2 ay da o, «Qarabağ»ın şərəfini qoruya bilməyəcək.

Deyəsən, «Qarabağ»ı cadulayıblar, amma xeyiri yoxdu. Yəqin Qurban hoca bu cadudan «Qarabağ»ı sağ-salamat çıxaracaq və hamımızı sevindirəcək.