DGK ötən il dövlət büdcəsinə 4,3 milyard manatdan çox vəsait köçürüb
2021-ci ildə Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsi qarşısında öhdəliyinə 111,29 faiz əməl edib.
Adalet.az xəbər verir ki, bunu komitənin sədri Səfər Mehdiyev "Twitter" hesabında yazıb.
O qeyd edib ki, DGK 2021-ci ildə 4 milyard 340,37 milyon manat vəsaiti dövlət büdcəsinə köçürməklə, proqnoza 111,29 faiz əməl edib.
Bu da nəzərdə tutulan proqnozdan 440,37 milyon manat artıq deməkdir.
Digər Xəbərlər
18 Aprel 2024 17:51