27 Fevral 2025 09:00
85
GÜNDƏM

DİN: Qarlı hava ilə əlaqədar polis təhlükəsizlik tədbirləri görür - FOTOLAR

Polisin gücləndirilmiş rejimdə xidməti paytaxtla yanaşı respublikanın hər bir istiqamətində davam etdirilir. Sıxlıq yaranan ərazilərdə hava şəraitinin yaratdığı fəsadların aidiyyəti dövlət qurumları ilə birgə aradan qaldırılması istiqamətində işlər görülür.

DİN-dən Adalet.az-a bildirilib ki, yaşayış məntəqələrini birləşdiriən magistrallarda yaranan problemlərin aradan qaldırılması məqsədi ilə operativ tədbirlər görülür. Hərəkətin təhlükəsizliyi tam təmin edilir. 

Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hal-hazırda da davam etdirilir.