adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Iyul 2022 15:36
1105
MARAQLI

Dodağına pirsinq etdirdi və öldü

Andressa Souza adlı gənc qadın beyninin 37%-ni əhatə edən ölümcül infeksiyadan dünyasını dəyişib. Səbəb kimi onun dodaqındakı pirsinq göstərilib.

Souza Braziliyada bir xəstəxananın reanimasiya şöbəsində iyirmi dörd gün qaldıqdan sonra vəfat edib.

Həkimlər onun ağzına yeni pirsinq vurduqdan sonra beyin infeksiyasına tutulduğunu müəyyən ediblər.

Souzanın anası: “Qızımızın ağzı o qədər şişdi ki, nə pirsinqi çıxarmaq, nə də dodağını tərpətmək mümkün deyildi. İnfeksiya onun qanına, daha sonra beyninə keçdi. Xəstəxanaya aparılan qızım əməliyyat olundu və intubasiya edildi. O, iyunun 15-dən iyulun 9-dək reanimasiyada qalıb. Həkimlər iddia edirdilər ki, o, sağ qalsa belə, vegetativ vəziyyətə düşəcəkdi”.

 

Eminquey