adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Yanvar 2022 13:59
483
SİYASƏT

Dövlət başçısının tövsiyələri qarşımızda yeni vəzifələr qoyur - Vüsal Quliyev

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı tövsiyələrini verdi. Dövlətimizin başçısının tövsiyələri qarşımızda yeni vəzifələr qoyur.

Adalet.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev yanvarın 15-də ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda keçirilən tədbirdə deyib.

Vüsal Quliyev korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət prosesində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib, onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb.