adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Iyul 2022 12:10
752
DÜNYA

Dünya ölkələrində iş saatları necədi?

İş insanın cövhəridir deyiblər. İnsan həyatında iş ən əsas şərtlərdən biridir. Bu həm mənəvi həm də maddi cəhətdən insan üçün çox önəmlidir. Elə adamlar var ki, heç zaman işləmək istəmir daim tüfeyli həyat tərzi keçirir. Lakin elə adamlara da rast gəlirik ki, onlar aşırı dərəcədə zəhmət çəkməyə meyillidirlər. Bəzi adamlar isə iş rejiminin və iş qaydalarının ağırlığından gileylənirlər. İş saatları və iş rejimi ilə bağlı təbii ki, dünyada müxtəlif cür versiyalar var. Misal üçün MDB ölkələri və ABŞ sakinləri həftədə 40 saat işləyir. ABŞ-da iş həftəsinin bu qaydası hələ iyriminci əsrin əvvəllərində təyin edilib.Lakin hazırda bu qayda dövlət işçiləri üçün keçərlidir.Belə ki, bir çox özəl şirkətlər bu göstəricini 35 saata endirib.

Zəhmət sevər Avropadaisə Avropa Parlamenti həftədə 48saa tmaksimum iş normasın ıtəyin edib. Bəzi ölkələr buraya öz istisnalarını əlavə edib. Məsələn, Finlandiya belə hesab edir ki, onun vətəndaşları 40 saatdan çox yox, məhz 32 saat işləməlidir. Adətən isə avropalılar həftədə 35 saat işləyir.Niderlandda ən qısa orta statistik iş həftəsinə – 27 saat normasına sadiqdir. Niderland müəssisələri 4 günlük iş gününə keçid edir, orta işçinin iş günü isə 7 saat 30 dəqiqə təşkil edir.
İrlandiya və Fransada isə iş həftəsi 35 saatdır. Bu dünyada ən aşağı səviyyəli göstəricilərdən biri olsa da, İrlandiyada əməyin məhsuldarlığı kifayət qədər yüksək səviyyədədir. Fransada cümə günü rəsmi olaraq iş günü hesab edilsə də, bir çox şirkətlər bu günü qısaldır. Cümə günü nahar fasiləsindən sonra kimisə öz iş masasının arxasında görmək çətin məsələ olur. Keçən əsrin 90-cı illərində Fransada 35 saatlıq iş normasının tətbiq edilməsi əhali arasında narazılığa səbəb olmuşdu. Bu yaxınlarda ölkə rəhbərliyi həftəlik iş normasının artırılması məsələsinə qayıtdı və bu da çox sayda etiraz yürüşlərinin baş qaldırmasına gətirib çıxardı.

Danimarka əhalisi gün ərzində 7 saat 21 dəqiqə işləyir. Burada iş həftəsinin davamiyyət müddəti 37,5 saat tə.kil edir ki, bu da Avropada ən aşağı səviyyəli göstəricilərdən biridir. Lakin bununla belə, danimarkalılar saatda təqribən 37,6 avro qazanır.

Almanlar bütün dünyada zəhmətkeş hesab edilsələr də, Almaniyada iş həftəsi 38 saat davam edir. Bundan əlavə, ölkədə mövcud olan təcrübəyə əsasən, hər hansı bir şirkətdə maliyyə problemləri yarandıqda əməkdaşların ixtisar edilməsi əvəzinə iş saatı azaldılır.

Norveç sakinləri isə həftədə 39 saat çərçivəsində çalışır. Avropada ən əməkseçər ölkələr Böyük Britaniya, Yunanıstan və portuqaliyadır. Britaniyalılar həftədə 43,7, portuqaliyalılar 48, yunanlar isə 43,7 saat işləyir.

Asiyadainsanlardahaçoxzəhmətçəkir.Çində iş günü 10 saat təşkil edir və üstəlik şənbə günü də iş günü hesab edilir. Nəticədə həftədə 60 saat qaydası yaranmış olur. Çinlilərin nahar fasiləsi 20 dəqiqə, məzuniyyətləri isə ildə 10 gündür.

Yaponiyada standart iş müqaviləsində iş həftəsi 40 saat olaraq nəzərdə tutulub. Lakin yaponlar üçün karyera pilləsində irəliləməyin əhəmiyyətinin nə dərəcədə vacib olduğunu bilirik. Bu irəliləyişi isə əksər hallarda insanın iş yerində nə qədər çox zaman keçirməsi təyin edir. Bu səbəbdən də bəzi hallarda iş həftəsi 50 saata bərabər olur.

Tailand və Hindistanda da şənbə iş günü hesab edilir və işçilərin əksəriyyəti həftədə 48 saat çalışır. Dövlət müəssisələri və həmçinin qərb şirkətlərinin ofislərində 40 saatlıq iş həftəsi qaydasına riayət edilir.

Yeri gəlmişkən Böyük Britaniyada dördgünlük iş həftəsinin sınağı başlayıb. Qeyd edək ki, daha əvvəl buna oxşar təcrübə İslandiyada dövlət işçiləri arasında olub.

Pilot layihə 6 iyun 2022-ci ildə başlayıb və 6 ay davam edəcək. Ümumilikdə sınaqda 70 şirkətdən olan 3300 işçi iştirak edəcək. Onlar müxtəlif sahələrdə çalışırlar – maliyyə xidmətləri, ictimai iaşə və digərləri.Təcrübə zamanı işçilər müntəzəm maaşlarını alacaqlar, lakin “100% məhsuldarlıq göstərmək” vədi ilə həftədə yalnız dörd gün çalışacaqlar.

Xüsusilətədqiqatçılar yeni iş qrafikinin məhsuldarlıq səviyyələrinə, işçilərin yuxu rejiminə, stress səviyyələrinə və digər amillərə təsirini ölçəcəklər.

Bundan əvvəl 2015-2019-cu illərdə qısaldılmış iş həftəsi ilə bağlı dünyanın ən böyük eksperimenti İslandiyada keçirilib. Bu ölkədə müxtəlif sahələrdən 3000-ə yaxın dövlət qulluqçusu iştirak edib. Onun nəticələri müsbət qiymətləndirilib. Nəticədə məhsuldarlıq azalmayıb və insanlar özlərini daha xoşbəxt hiss etdiklərini bildiriblər.

 

Hazırladı:Bünyamin Bünyadzadə