adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Iyun 2022 08:44
848
ƏDƏBİYYAT

ƏBÜLFƏT MƏDƏTOĞLU: ALLAH

ALLAH

(İnancı və Allaha ibadəti tükənməz olan birinə...)

Sən əlini açdın, mən ürəyimi

Onun varlığına şükürlər üçün...

Alın möhür öpür, ruh xidmətdədi

Mütləq sahibidi ən böyük gücün -

Allah!

Həyat hər nədirsə...ölçüsü heç nə,

Onu nə biz bildik, nə bizdən öncə!..

Hər kəsi qoşaraq ömrün köçünə -

Göz yaşın kirpikdə eləyir qönçə -

Allah!

Dua da, inanc da, hətta gülüş də

İnsan sayılanın fərqli cizgisi...

Bəlkə də ilk andan, lap ilk gəlişdə

"Ol!"-dan başlayıbdı olmaq güzgüsü -

Allahın!..

Kimin ibadəti Cənnət istəyi,

Kimin də amalı Sevgi haqq etmək!..

Bütün bunlarınsa birdi dəstəyi

Ürəklə və ruhla önünə getmək -

ALLAHIN!