adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Yanvar 2023 10:19
613
ƏDƏBİYYAT

Əbülfət  Mədətoğlu: Mən öpsəm...

Təklik -   səsimi  göynədən,
Xəyal -  ruhumu  üşüdən...
Kimdi  həsrəti  öyrədən,
Kimdi  de, məni  eşidən!?

Acı -  cismimin  bələyi,
Laylası  içdən  gələn  ah...
Qəmdi  üzümün   ələyi -
Gəzdirirəm  axşam , sabah...

Sükut - baş  altımda  yastıq,
Ürək  çırpıntımsa  adın...
Saçın  and   yeri - əl  basdıq -
Mən  öpsəm  incimə , Qadın!