adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
02 Noyabr 2022 14:03
728
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu: MƏN QAZİYƏM

(Bütün qazilərə və fiziki sağlamlığı ürək parçalayan BİR qaziyə)

 

Sinəsində qəlpə "bitən"

Sağ gözünün nuru itən...

Sol gözündə gün qaralan...

Həyat ilə arasında

An qısalan, vaxt daralan -

BİR qaziyəm!..

 

Addımları çəlik ilə

Sözü, səsi calaq-calaq...

İradəsin yığıb ələ

Yarıb keçən qalaq-qalaq

Döyüş adlı xatirəni -

BİR qaziyəm!..

 

Bu halı da döyüşçüdü,

Yumruğu da hələ dəmir!

Düşmənlərdən bir səs, səmir

Hiss edəndə dərhal səbir

Etmir, deyir mən HAZIRAM!

BİR qaziyəm!