adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
24 Yanvar 2022 12:53
353
GÜNDƏM

EKOLOJİ TƏMİZ YUMOR QITLIĞLI - Etibar Əliyev yazır

Yumor həqiqətən ciddi işdir. Bernard Şou haqlı olaraq deyirdi ki, yumor iti ağlın məhsuludur. İnsanlar təbiət etibarı ilə yumora meyllidirlər. Məşhur yumoristlərdən birinin fikridir: “Yumor nə qədər bol olsa, millət bir o qədər sağlam olar. Əsas vəzifəmiz yumoru təbii, ekoloji təmiz saxlamaqdır”. Əməlli-başlı ekoloji təmiz yumor qıtlığıdır.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Elias Kanetti ötən əsrin 20-ci illərində yazıçı, şair-satirik, ədəbiyyat tənqidçisi, publisist Karl Kraus haqqında bunları yazırdı: “Karl Kraus elə birinci cümləsi ilə insanları güldürürdü. Onun dinləyiciləri yalnız ziyalılar, intellektuallar olurdu. Orda bir savadsız (nadan) sifətə rast gəlmək olmazdı. Krausun mühazirələrində insanlar ayrı-ayrı gülməzdilər, birgə və ucadan gülərdülər. Gülənlər çox idi, bütün bu gülüşlərdə aclıq hiss olunurdu. Mən tezliklə anladım ki, insanlar bura Karl Krausu alqışlamağa yox, intellektual zövq almağa gəlirlər”.

P.S. Parodiya ilə bir qrup insanı güldürmək olar. Ancaq bu, yumorun əsas istiqaməti ola bilməz. Söhbət "Şuşa"nı "Buta" ilə əvəz edənlərdən gedir.