adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Yanvar 2023 12:47
1287
AVTOMABİL

EKSPERT: “Belə olan halda avtomobildə təklükəli vəziyyət yaranır”

Bakı yenə ağ donunu geyindi. Çoxdandır qarı həsrətlə gözləyən körpələrin sevinci yerə- göyə sığmır. Ancaq bu gözəlliyin özünəməxsus fəsadları da var. Qarlı və şaxtalı hava şəraitindən çən çox əziyyət çəkənlər isə sürücülərdir.
Buz bağlayan yollarda sürücülərin çətinliyi çoxumuza məlumdur. Heç piyadalar da buz bağlamış yollarda asan hərəkət etmirlər.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Adalet.az-a danışıb.

Ekspertin sözlərinə görə, sərt hava şəraitində avtomobillərin texniki parametrləri qaydasında olmalıdır.

“Mövcud hava şəraiti ilə əlaqədar olaraq, sürücülər sükan arxasında olarkən, mümkün qədər ara məsafəsini saxlamalıdırlar. Eyni qaydada həm də avtomobilin daxili parametrlərinə- salonun istiliyinə, şüşüələrin buxarlanmamasına v.s bu kimi hallara diqqət edilməlidir. Kəskin hava şəraitində qəzaların baş verməməsi üçün mütləq şəkildə sürət həddinə fikir vermək lazımdır. Sürücü qətiyyən sürət həddini aşmamalıdır. Qarlı və şaxtalı havada yollar buz bağlayan zaman, onun təhlükəlilik əmaslı təxminən 2:5 paksent artır. Yəni avtomobilin şinilinin sürtülmə əmsalı yer qatı ilə azalır. Avtomobildə daha təklükəli vəziyyət yaranır. Belə olan halda avtomobilin idarəetməsi daha tez sıradan çıxa bilər. O üzdən də sürücüləri diqqətli olmağa çağırıram”

Əntiqə Kərimzadə