adalet.az header logo
  • Bakı -°C
02 Dekabr 2025 12:07
29
SİYASƏT
A- A+

Elçin Mirzəbəyli: Azərbaycandan kənara çıxan rəqəmsal gəlirlər vergiyə cəlb olunmalıdır

Xarici platformalar əldə etdikləri gələn ödənişlərə vergi tətbiqi zəruridir.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

Millət vəkili vurğulayıb ki, xarici rəqəmsal platformalar üzərindən Azərbaycandan kənara milyonlarla manat çıxır və bu platformalar ölkəyə vergi ödəmədən gəlir əldə edirlər. O bildirib ki, dünya ölkələrində rəqəmsal platforma vergisi tətbiq olunur və Azərbaycanda da bu istiqamətdə addımların atılması vacibdir.

E.Mirzəbəyli həmçinin qeyd edib ki, hazırda media sahəsinin bəzi seqmentlərinə vergi güzəştləri tətbiq edilir və eyni yanaşmanın digər media platformalarına da genişləndirilməsi məqsədəuyğundur.