Embalo Bakıda Zəfər parkını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Bakıda Zəfər parkını ziyarət edib.
Adalet.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qvineya-Bisau Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.
Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
Digər Xəbərlər

Delimitasiya komissiyasının növbəti iclasının keçirilmə vaxtı bilindi

COP29 sədrliyinin “İqlim və Sülh” gündəliyinin icrasına start verilib

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

İlham Əliyev Qvineya-Bisau Prezidentini qarşıladı

Prezidentlərin təkbətək görüşü başladı

Qvineya-Bisau Prezidenti Azərbaycana səfərə gəlib

Milli Məclis Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin bəyanatını qətiyyətlə rədd edir
