25 Sentyabr 2024 12:51
151
ŞOU-BİZNES

Əməkdar artist həmkarlarına səsləndi: “Bu mahnını oxumayın”

Əməkdar artist  Elnarə Abdullayeva  son zamanlar gündəmi zəbt edən Şəbnəm Tovuzlu və Vəfa Şərifovanın “Cənnətim” mahnısıyla bağlı qalmaqalına münasibət bildirib.

Adalet.az bildirir ki, o, hər iki həmkarına da sözügedən mahnını oxumamağı söyləyib:

“Mən ərk edib deyirəm. Hər ikisinə də hötmətim var. Vəfa, Şəbnəm, ikinizə də deyirəm, bu mahnını oxumayın.  Əgər, az da olsa hörmətim varsa, bu mahnını oxumayın. Mən onların yerinə olsam, qətiyyən bu mahnını oxumaram. Axı bu nə mahnıdır ki, iki müğənnini bir- birinə qırdırır?! Gör necə mərdiməzar mahnıdır! Olmaz belə, hər ikinizin də  el şənlkləri olur, hər ikinizin də özünüzə görə xətir- hörməti var. Mənasız bir mahnıya görə özünüzü biyabır etməyin. Ayıbdır. Günah sizdə yox, sizə eyni mahnını satan nadanlardadı”.


Əntiqə