24 Sentyabr 2024 13:09
178
ŞOU-BİZNES

Əməkdar artist: “Onlar dostluğu yox, reytinqi üstün tuturlar”

Əməkdar artist  Nigar Şabanova ilə aparıcı Zaur Nəbioğlu arasında anlaşılmazlıq yaranıb.

Adalet.az xəbər verir ki, sənətçi onun proqramına bird aha gəlməyəcəyini söyləyib:

“Əziz dostlar, mən heç vaxt Zaur Nəbioğlu adı çəkilən verilişə qonaq gətməyəcəm. Çünki o və onun komandası reytingi dostluqdan üstün tuturlar. Amma bu belə olmamalıdır. Dostluq əbədi, reytinq isə gəldi-gedərdir. İnsan ilk növbədə özünə hörmət etməlidir. Mən də özümə hörmət edib deyirəm ki, bir də o aparıcının proqramında iştirak etməyəcəm”.

Qeyd edək ki, ötən il Nigar Şabanova eyni fikiri səsləndirmişdi. Lakin yenidən Zaur Nəbioğlunun verilişində qonaq oldu.

Əntiqə