"Əmin idim ki, xalq arxamda duracaq" - Ölkə lideri

Bizim ədalətli və qəti Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Onu qazanmaq üçün isə gündəlik çalışmaq və Qələbəni hər gün yaxınlaşdırmaq tələb olunur. Xüsusən əgər son qərar səndən asılıdırsa, həyatını ona həsr etməlisən. Bu, (Qələbə - red.) yalnız belə olan halda baş verə bilər.
Adalet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında qeyd edib.
Cəmiyyətin konsolidasiyasının ən mühüm amil olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Belə bir konsolidasiya Prezident, Ali Baş Komandan kimi mənə mənəvi güc verdi. Əmin idim ki, cəmiyyət və xalq mənim arxamda duracaq. Bu, yəqin ki, həlledici amillərdən biri idi”.
Digər Xəbərlər

Prezidentlə fotolarını paylaşaraq təşəkkür etdi - FOTOLAR

“Onun qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür”

Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur - Hikmət Hacıyev

Abu-Dabi görüşü konstruktiv əsasda keçib - Hikmət Hacıyev

Hacıyev: Süni İntellektin inkar edilməsi - külək dəyirmanları ilə mübarizəni xatırladır

"44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı"

Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb - Hikmət Hacıyev
