adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
15 Iyul 2022 13:12
1153
MARAQLI

“Əqrəblər”in öldürən xisləti və 39 il əvvəl qana bulanmış Orli aeroportu

Nə vaxt oxuduğum yadıma gəlmir, amma oxuduğum hekayənin məğzi yadımdadır. “ Günlərin bir günü əqrəb tısbağadan xahiş edir ki, o, onu çaydan keçirsin. Tısbağa imtina edir, lakin əqrəb onu yola gətirə bilir.

– Yaxşı, – deyə tısbağa razılaşır, – amma söz ver ki, sən məni sancmayacaqsan.

Əqrəb tısbağanı sancmayacağına söz verir. Onda tısbağa əqrəbi öz belinə qoyur və çaydan keçirir.Əqrəb bütün yol boyu sakit dayanmışdı, lakin çayı keçib sahilə çatan kimi tısbağana sancır.

– Heç utanırsan, əqrəb? Axı sən mənə söz vermişdin ki, məni sancmayacaqsan!- deyə tısbağa qışqırır.

– Nə olsun? – deyə əqrəb soyuqqanlılıqla deyir.- Bəs sən mənim xasiyyətimi bildiyin halda nəyə görə məni çaydan keçirməyə razı oldun?

– Mən hər zaman hamıya kömək etməyə çalışıram, – dey tısbağa cavab verir.

– Sənin təbiətin elədir ki, hamıya kömək edirsən, mənim isə təbiətim elədir ki, hamını sancıram. Mən hər zaman etdiyimi etdim, səni sancdım!”

 

“Əqrəb” ə qucaq açan tısbağalar

 

Elə o vaxtı bu hekayəni oxuyanda da, sonra xatırlayanda da ilk yadıma düşən ermənilər (əqrəb) olur, bir də əqrəbə qol açıb kömək edən Fransa və Rusiya...

Niyə məhz bu iki ölkə... Çünki bu iki ölkə ermənilərə ən böyük güzəştlərə gedən, haqlı yaxud haqsız olmasından asılı olmyaraq onları dəstəkləyən, təmənnasız sevən ölkələrdi. Ermənistan bu iki ölkənin sanki ərköyün balasıdır. Rusiya Azərbaycanın əzəli və əbədi torpağlarına köçürdüyü ermənilərə burda bir dövlət qurdumu? Qurdu! Erməni isə “minnətdarlığını” hansı formada bildirdi? Xatırladım: 1977-ci ilin yanvar ayında o vaxtki SSRİ-nin paytaxtında 3 partlayış oldu. Biri metroda, ikisi isə Kremlə aparan əsas küçələrdə. Bu terror aktları nəticəsində 7 nəfər öldü, 37 adam isə yaralandı.

Hadisədən 10 ay sonra bu cinayətin təşkilatçılarını müəyyən etmək mümkün oldu. Bunlar Ermənistan vətəndaşları - Zatikyan, Stepanyan və Baqdasaryan idi. Erməni milliyətçi qruplaşmasının üzvləri dinc sakinlərin ölümü ilə nəticələnən partlayışı ruslardan "ermənləri əzdikləri üçün" qisas almaq məqsədi ilə törətmişdilər. Növbəti partlayışlar isə Olimpiyada zamanı planlaşdırılırdı. Ermənilərin Rusiyaya və ruslara qarşı yüzlərlə xəyanətkar, qaniçən, terrorçu hərəkətlərini burada qeyd edə bilərəm... Amma onları sizdə bilirsiniz deyə yazmıram.

Fransanın bütün prezidentləri Ermənistanın havadrı rolunda çıxış etməsinin dövlət xətti olduğunun da şahidi olduq Bir neçə il əvvəl elə təkcə Fransa qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə qanunun qəbulu ilə demokratik prinsiplərə zidd olan bir qərar verdi. Qanuna görə, Fransada qondarma “erməni soyqırımı”nı tanımayanlar 1 il həbs cəzasına məhkum olunacaq və 45 min avro cərimələnəcək. Fransanın erməninin nə qədər sevdiyinin başqa fakt deyib izah etməyə ehtiyac varmı? Erməni terroristərinin və erməni terror təşkilatlarının sığınacağı bu ölkənin paytaxtı deyilmi?

Bəs ermənilər fransızların bu sevgisini cavabsız qoydumu? Xeyir! Heç vaxt!

 

Orli faciəsi

 

Adalet.az xəbər verir ki, 39 il əvvəl erməni terror təşkilatı ASALA növbəti dəfə günahsız insan qanı axıtmaqdan çəkinməyib. Beləki, 15 iyul 1983-cü ildə ASALA-nın Parisin Orli beynəlxalq hava limanında həyata keçirdiyi terror aktı nəticəsində 8 nəfər həlak oldu, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Həlak olanlar arasında Fransa, ABŞ, İsveç və Türkiyə vətəndaşları vardı. Partlayışdan dərhal sonra fransız polisi ASALA ilə əlaqəli olan 51 nəfəri həbs etdi, onlardan 11 nəfəri dindirilmək üçün prokurorluğa gətirildi və 6 nəfərə terror aktının təşkili ilə əlagədar ittiham irəli sürüldü. Həbs olunan 6 nəfərin arasında terror aktının əsas təşkilatçısı və terrorçu dəstənin başçısı Suriya ermənisi olan Varujan Karapetyan da yer alırdı. Karapetyan oz günahını boynuna alaraq istintaqa verdiyi ifadələrdə bildirdi ki, içində bomba olan çemodan hava limanında Türk hava yollarının kassasının qarşısında yox, təyyarənin içində təyyarə göydə olarkən partlamalı imiş. Lakin terrorçuların planı baş tutmayıb və bomba vaxtından əvvəl partlayıb.

Həmçinin Karapetyan öz ifadələrində bildirdi ki, bombanın hazırlanmasında Türkiyə vətəndaşı olan erməni Ovanes Semerçi də iştrak edib.

Həbs olunan ASALA üzvləri ilə yanaşı polis Türkiyə vətəndaşı olan milliyətcə erməni Nair Soneri də həbs etdi. Nair Soner elektron cihazlar üzrə mütəxəssis olduğuna görə terrorçular bombanın hazırlanmasında onun da köməyindən yararlanmışdılar.

Məhkəmə prosesi zamanı Karapetyan istintaqa verdiyi ifadələrdən imtina etdi və digər ittiham olunanlarla birgə terror aktında iştirakını boynuna almadı.

1985-ci il martın 3-ü məhkəmənin qərarı ilə Karapetyan ömürluk, Nair Soner 15 il, Ovanes Semerçi isə 10 il azadlıqdan məhrum olma cəzasına layiq görüldü. Məhkəmə hökmün bu dərəcədə yumşaq olmasını işdə "bəraət qazandırıcı" faktların olması ilə izah etdi.

 

Cəzasız qalan, günahsız insanları öldürməklə “fəxr edən ” “əqrəblər”

 

2001-ci ildə, yəni 17 illik həbsdən sonra Karapetyan həbsdən azad edilərək Ermənistana deportasiya olundu. 2001-ci il mayın 4-də Karapetyanla görüşən Ermənistan respublikasının baş naziri Andranik Markaryan terrorçunun azad olunması ilə əlagədar öz sevincini gizlətmədi və Markaryanı bu münasibətlə təbrik etdi. Bundan bir gədər əvvəl isə İrəvanın icra başçısı terrorçunu ev və işlə təmin etməyi öz boynuna götürdü.

Məlumata görə, hazırda Karapetyan Dilicanda, özü tikdiyi evdə yaşayır. Onun sözlərinə görə:

Orli hava limanındakı aksiya Levon Əkməkcyanın (çoxlu sayda insan itkisinə yol açmış Əsənboğa hava limanına hücumda iştirak edən və buna görə dar ağacından asılan erməni terrorçusu) 1982-ci ildə İstanbulda edam edilməsinə cavab kimi həyata keçiribdir. Biz Türk hava yollarının Türkiyə xüsusi xidmət orqanlarının, eləcə də general və diplomatlarının uçmalı olduqları təyyarəsini partlatmağı planlaşdırmışdıq. Bizim həyata keçirdiyimiz aksiya nəticəsində 10 türk ölmüş, 60-ı isə yaralandı.

Əslində isə terror aktı nəticəsində dünyasını dəyişən 8 nəfərdən cəmi 2-si türk idi. Digər 6 nəfər başqa ölkələrin vətəndaşları idilər. O cümlədən, ölənlər arasında 4 nəfər fransız, bir isveçli və bir də amerikanlı var idi

Erməni hüquq müdafiəçiləri Ermənistanda Karapetyana göstərilən bu cür hörmət-izzəti pisləsələr də, erməni ziyalılarının nümayəndələri Silva Kaputikyan, Qevort Emin, Perç Zeytunsyan, Zori Balayan və digər bir çoxları Kaputikyanın müdafiəsinə qalxdılar.

Bu da “əqrəb” xislətli erməninin “sancma” prinsipinin növbəti bir sübutudur. Bu xalqın nümayindələrinə qucaq açmaq sonda, zərər görməklə, göz yaşı və acı nəticələrlə bitir.

 

Əntiqə Rəşid

Məqalədə Vikipediyanın materialından istifadə edilib