Ərdoğan: "İsrail Prezidenti Türkiyəyə səfər edə bilər"
"İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər edə bilər".
Adalet.az "Report"a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Vuçiçlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Ərdoğan İsrail və Türkiyə arasında Şərqi Aralıq dənizində əməkdaşlıqla bağlı diplomatik prosesin davam etdiyini qeyd edib.
"Prezident Hersoqla danışıqlarımız gedir. Cənab Hersoq Türkiyəyə səfər edə bilər. Biz siyasətçilər sülh üçün varıq. Neft sülh üçün bir vasitədirsə, ondan istifadə edəcəyik", - Ərdoğan vurğulayıb.
Türkiyə lideri əlavə edib ki, məqsəd müsbət yanaşmalarla bir yerə çatmaqdır.
Digər Xəbərlər
18 Aprel 2024 19:00
Azərbaycana bunun üçün 38 milyon dollar vəsait ayırdıq - ABŞ səfiri
18 Aprel 2024 17:10Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək
18 Aprel 2024 16:39"Fransa demokratik ideyaları məhv edir" - Səməd Seyidov
18 Aprel 2024 16:23"Fransa öz gözündəki tiri görmək istəmir" - Deputat
18 Aprel 2024 15:50