27 Sentyabr 2024 16:20
71
DÜNYA

Ərdoğan Paşinyanla nələri müzakirə edib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT-nın 79-cu sessiyası çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla baş tutmuş görüşündən danışıb.

Adalet.az xəbər verir ki, Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib ki, o, Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib.

    “Mən Paşinyanın bu məsələyə müsbət yanaşmasını gördüm. Bilirəm ki, Azərbaycanda da bu məsələyə münasibət eynidir. İki ölkə problemi həll edərlər”, - Ərdoğan qeyd edib.