25 Sentyabr 2024 13:57
321
İQTİSADİYYAT

Erməni deputat: "Azərbaycan qazı daha ucuz, daha keyfiyyətlidirsə, Ermənistanın maraqlarına uyğundursa..."  

Ermənistan parlamentində hakim fraksiyanın deputatı Babken Tunyan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra Azərbaycandan qaz almaq imkanları ilə bağlı sualı cavablandırıb.


O, bildirib ki, hər hansı alternativ mənbədən enerji almaq asılılıq yaratmır, əksinə, bu asılılığı azaldır.
“ Əvvəllər qazı yalnız Rusiyadan alırdıq, sonra İrandan da almağa başladıq. üçüncü təchizatçıdan qaz almaq imkanı sizin enerji müstəqilliyiniz və təhlükəsizlik səviyyənizi artırır. İndi qazın Azərbaycandan alınıb-alınmayacağı daha çox sonrakı və nəzəri sualdır. Amma elə bir vəziyyət yaranıbsa ki, ticarət əlaqələri qura bilək, bizə hansısa resurs lazımdırsa, baxmalıyıq ki, kim o resursu daha ucuz, daha keyfiyyətli və daha sürətli təmin edir.

Əgər Azərbaycan tərəfindən tədarük edilirsə, bu, Ermənistanın maraqlarına uyğundursa , müzakirə oluna bilər”.

 Əntiqə Rəşid