adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Avqust 2022 16:04
601
MƏMLƏKƏT

Erməni jurnalist: "Azərbaycan şüşə kimi yol çəkib" 

Mən bu yolu görəndə şoka düşdüm. Elə bil fokusdur. Onlar qısa zamanda çox keyfiyyətli yol çəkiblər.

Adalet.az xəbər verir ki, bunu erməni jurnalist Nairi Ohikyan Azərbaycanın inşa etdiyi Laçın dəhlizinə alternativ yolla bağlı fikirlərini bölüşərkən deyib.

“Hazırda Rusiya sülhməramlıları həm yola, həm də ətraf kəndlərə nəzarət edirlər. Çox təəssüf edirəm ki, bizimkilər 9 ay ərzində 6 kilometr yol tikə bilmədilər, halbuki Azərbaycan bu müddət ərzində 30 kilometrlik şüşə kimi yol çəkib", - Ohikyan yazıb.