25 Sentyabr 2024 10:31
320
MƏDƏNİYYƏT

Ermənilər Çini fəht edir: 1 aylıq mədəniyyət günləri, erməni pavliyonu və Çin Səddi

Sentyabrın 27-dən oktyabrın 27-dək Çində erməni mədəniyyəti günləri keçiriləcək.

Adalet.az
xəbər verir ki, bununla bağlı Erməni-Çin Tərəfdaşlığı Mərkəzinin prezidenti Armen Mxitaryan erməni mediasına açıqlama verib. Onun sözlərinə görə həmin günlərdə erməni mədəniyyəti, incəsənəti, tarixi, erməni brendli məhsulları və turizmi yerli əhaliyə və Çinə səfər edən bütün turistlərə təqdim olunacaq.
Tədbirə Böyük Çin Səddin yaxınlığında start veriləcək, bundan sonra bir çox şəhərdə tam gündəliyi olan proqramlarla davam edəcəyi gözlənilir.
Mxitaryan hesab edir ki, bu, Ermənistanın təbliğatı və populyarlaşması baxımından əla fürsətdir, çünki bu yolla çoxlu turistlər erməni mədəniyyəti, tarixi və incəsənəti ilə tanış olacağı faktdır.


YUNESKO-nun mədəni irs siyahısına daxil edilən və ən aktiv turizm bölgələrindən biri sayılan Böyük Çin Səddi Mutinyaho bölməsi qarşıdakı ayda Ermənistan pavilyonuna ev sahibliyi edəcək.
Çin öz milli bayramlarını oktyabrın ilk həftəsində qeyd etdiyi üçün həmin günlərdə çoxlu sayda ziyarətçi gözlənilir. Sentyabrın 27-dən oktyabrın 27-dək gündə 40-45 min turist istəmədən erməni tarixi-mədəni mühitinə düşəcək.
Böyük Səddin daxilində və xaricində erməni mədəniyyəti, tarixi, erməni məhsulları və turizmi təqdim olunacaq.

Ermənistan-Çin Tərəfdaşlıq Mərkəzinin prezidenti Armen Mxitaryan deyir ki, təklif Çin tərəfdəndir:“Ermənistanın turizm şirkətlərinin nümayəndələri öz qastrol nümunələrini təqdim edəcəklər, rəssamlar öz yaradıcılıqlarını təqdim edəcəklər, binanın interyerində isə erməni şərabçılığının məhsulları olacaq”.
Armen Mxitaryan bunun Ermənistanın populyarlaşması baxımından yaxşı fürsət olmasına vəi bu yolla çoxlu turistləri Ermənistana cəlb edəcəklərinə inanır:”Erməni milli geyimləri, mahnıları və sənət əsərlərinin nümayişi planlaşdırılır. Biz Ermənistanın Çindəki səfirliyi ilə fəal əməkdaşlıq edirik. Tədbirlərdə Çinin rəsmiləri və turizm şirkətlərinin nümayəndələri iştirak edəcəklər”.

Erməni mədəniyyəti günləri bununla məhdudlaşmayacaq. Onlar Şanxay və Quançjou kimi digər şəhərlərdə də il boyu davam edəcəklər:”Bu il Çində cəmi 8 ay ərzində 3 sərgimiz oldu və bu sərgidə 1,3 milyona yaxın çinli ziyarət etdi. Bu, məncə, yaxşı göstəricidir”.
Erməni-Çin Tərəfdaşlıq Mərkəzi Çin muzeyi ilə əməkdaşlıq edir və təcrübənin göstərdiyi kimi, çinlilər xüsusilə erməni geyimləri, xalçaları və əl istehsalı gümüş zinət əşyalarına maraq göstərirlər.
“Noyabrın 4-də Şanxayda bizim böyük erməni günlərimiz var, burada həm erməni mədəniyyəti, həm də erməni məhsulları təqdim olunacaq. Bu, erməni istehsalçılarına Çin bazarında iştirak etmək və öz məhsullarını təqdim etmək imkanıdır. Bu, həm də ixracın sonrakı inkişafı üçün əla fürsətdir.

Və mədəni baxımdan həm Çinin, həm də Ermənistanın qədim tarixi və mədəniyyəti var və onların mədəni sahədə əməkdaşlıq etməsi yaxşı haldır. Bu, həm də Ermənistanın tanınması baxımından yaxşıdır və biz Çindən daha böyük axın gözləyirik”.
Əməkdaşlıq və qarşılıqlı səfərlərdən əlavə, Çin tərəfi yaxın gələcəkdə maarifləndirici film çəkməyi və erməni mədəniyyəti və incəsənəti, musiqiçiləri, rəssamları, sənətkarları, erməni mətbəxi, turizm şirkətləri və Böyük Şərq mühitində təqdim olunan erməni istehsalçıları haqqında məlumat verməyi planlaşdırır.

 Hələ 2015-ci ildə də mədəniyyət günləri adı altında xislətlərini Çində göstərən ermənilər təxribat törətməyə çalışmışdılar. Beləki, Azərbaycanın Çindəki səfirliyi Ermənistanın dünya ictimaiyyətini aldatmaq və özünün işğalçılıq siyasətinə bəraət qazandırmaq məqsədi ilə tarixi faktların saxtalaşdırılması istiqamətində növbəti cəhdinin qarşısını aldı. 

Məlumata əsasən, ermənilər mədəniyyət və incəsənətin təbliği adı altında Çin Milli İncəsənət Muzeyində təşkil olunan 6-cı Pekin İncəsənət Sərgisində qondarma “erməni soyqırımı” mövzusunda əsərlər nümayiş etdirməyi planlaşdırmışdı. Azərbaycanın Çindəki səfirliyi bu barədə əvvəlcədən məlumat əldə edib və Çin tərəfi ilə danışıqlar apararaq, məsələlər barədə ətraflı izahat işi həyata keçirib. Nəticədə Çin tərəfi sərgi çərçivəsində qondarma “erməni soyqırımı” mövzusunda əsərlərin nümayiş olunmasını məqsədəmüvafiq hesab etməyib və həmin işlərin sərgidə nümayişinə icazə verilmədi. İndi təsəvvür edin, ermənilər baş tutacaq mədəniyyət günlərində  hansı şər və böhtanları Azərbaycanın ünvanına etiketləyəcəklər... Təsəvvür edilməsi belə, qorxunc...

Qeyd edək ki,Çində miqyası ermənilərin keçirəcəyi mədəniyyət günlərindən xeyli kiçik olan Azərbaycan mədəniyyəti günləri 2011-ci ilin may ayında baş tutub. May ayında 3 günlük mədəniyyət günləri (24-27) Çinin heç bir bayram və özəl günü ilə üst-üstə düşmədiyi üçün tədbir Azərbaycanın təbliği üçün o dərəcədə önəmli olmadığı qənaətindəyik.

Yeri gəlmişkən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli aprelin 29-da Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin ilə görüşündə qeyd etdi ki, Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilə bilər. Və elə o gündən o söhbətlə bağlı heç bir xəbər-ətər mediaya çıxmadı.

Xatırladaq ki, ÇXR Milli bayramı ümumxalq səviyyədə üç gün olur və1 oktyabrdan start götürür.


Əntiqə Rəşid