adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
01 Fevral 2023 17:50
756
DÜNYA

Ermənilər hərbi təlimlərə başlayır: 3 aylıq deyil, 25 günlük...

Ermənilər yenə silaha sarılacaq.


Adalet.az xəbər verir ki, Ermənistan hökumətin sabahkı iclasının gündəliyinə daxil edilən məsələlərdən biri də hərbi təlimlərlə bağlıdır.  Beləki, Müdafiə Nazirliyi cari ilin mart ayından təlim-məşq toplanışlarının elan edilməsi ilə bağlı layihəni hökümətə  təqdim edib.

Ötən ilin oktyabrında hökumət 3 aylıq təlim-məşq toplanışlarının 25 günlük təlim-məşq toplanışları ilə əvəzlənməsi barədə qərar qəbul edib. Artıq bu ilin əvvəlində və ötən ilin sonunda hərbi komissarlıqlar tərəfindən ehtiyatda olan bir sıra hərbi qulluqçulara təlim-məşq toplanışlarında iştirak etmələri barədə bildirişlər göndərilib.

Məlumatı "Hraparak" nəşri yayıb.

Nəşr bildirir ki, sabahkı sessiyanın gündəliyinə daxil edilən layihədə, birinci və ikinci dərəcəli ehtiyatda olan hərbi qulluqçuların, kiçik rütbəli zabitlərin təlim-məşq toplanışları elan ediləcək

2. 2897 nəfəri sıravi və kiçik rütbəli zabitlər, 152 nəfəri yüksək rütbəli zabitlər, 232 aşağı rütbəli zabitlər korpusunun ehtiyatda olan digər hərbi qulluqçuları hərbi geyim forması ilə təmin ediləcək. Həmçinin raket artilleriyası ixtisası üzrə 3281 erməni də təlim düşərgələrinə cəlb ediləcək. .

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin təqdim etdiyi bu layihə hesabatı verilməyən məsələlər siyahısına daxildir.

 Əntiqə Rəşid