adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Yanvar 2023 14:21
591
İDMAN

ERMƏNİLƏR «QARABAĞ»I DAĞITMAQ ÜÇÜN PUL TÖKÜRLƏR 

«Krasnodar» klubunun rəhbəri ermənidi. Və təbii ki, erməniləri Ağdamın «Qarabağ» komandasını gözləri götürmür. Çalışırlar ki, nə imkanları var komandaya ziyan vursunlar. Ona görə pul töküb 5 milyon avroya Kadi Borgesi «Qarabağ»dan aldılar, Sonra Veşoviçi də almaq istədilər, Veşoviç də dedi gedin hoppanın.  Ayrı klublara da pul buraxırlar ki, «Qarabağ»ın legionerlərini satın alsınlar. Deyəsən Ovusuya da hansısa komanda elçi düşüb. Andradeni da almaq istədilər, amma ala bilmədilər. Qurban hoca dedi ki, itə adaram, yada satmaram.

Əslində Kadi Borges heç 5 milyon avroya dəymirdi. «Qarabağ»da Kadi idi, «Krasnodar»da kedi olacaq. Avropaya da çıxa bilməyəcək məlum məsələlərə görə, kiflənəcək.

Amma ermənilər bir şeyi unudur, «Qarabağ» Kadi Borges demək deyil. «Qarabağ» Ramil Şeydayev deməkdi, Qara Qarayev, Maksim Medvedev, Tural Bayramov, Musa Qurbanlı, Şahruddin, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov deməkdir.

Ən əsası, «Qarabağ» Qurban Qurbanov deməkdir.

«Qarabağ» Azərbaycan deməkdir!