24 Sentyabr 2024 13:10
430
MƏDƏNİYYƏT

Ermənilər tarixi abidələrimizə növbəti dəfə hücuma keçdi: Körpü, kilsə...

Ermənistan höküməti və ictimaiyyəti  qədim Oğuz  və Alban abidələrini erməniləşdirmək üçün  mütəşəkkil hücuma keçiblər

Adalet.az xəbər verir ki, Ermənistan Təhsil və Mədəniyyət Nazirliyinin Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Departamentinin və “Tarix-Mədəniyyət Qoruğu-Muzeyləri və Tarixi Ətraf Mühitin Mühafizəsi Xidməti”nin əməkdaşları Tavuş vilayətinin Navur kəndində olublar.Niyə ora gediblər deməmişdən əvvəl Navur kəndi haqqında kiçicik bir arayış verim:

Alimlərimizin verdiyi məlumata görə, Novur – vaxtı ilə Yelizavetpol (Gəncə) quberniyası¬nın Qazax qəzasında, keçmiş Şəmşəddin (Berd –Tovuzqala) rayonunda, indi Tavuş vilayətində kənd olub.

Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 43 km cənub-qərbdə, dəniz səviyyəsindən 1490 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbay¬canlılar yaşamış, ermənilərin bölgədə məskun-laşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. Kəndin adı mənbələrdə "Navur", "Nov- çali" (415, s. 74), "Nəvur" (97, s. 182) formala¬rında qeyd edilir.

Toponim Azərbaycan dilində "gölməçə" mənasında işlənən "nohur" sözü əsa¬sında əmələ gəlmişdir. Hazırda erməni dilində olan rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Navur" kimi yazılır. "Ermənistan Respublikası¬nın inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayə¬tinin inzibati ərazisinə daxil edilmişdir.

Deməli, ermənilər Nudar kəndində yerləşən“Karakarmunc”un körpüsünün (həmçinin "Hakhumi körpüsü" kimi tanınır) vəziyyətini öyrənmək və monitorinq etməyə gəliblər.
Xeyriyyəçi Vardan Kalantaryanın ayırdığı vəsaitlə Çoratan kəndində yerləşən və 1683-cü ildə tikilmiş Müqəddəs Xripsime kilsəsinin təmiri və bərpası işləri aparılır . Bu məqsədlə 2022-ci ildə KSMS Nazirliyi Mayın 20-də xeyriyyəçi ilə memorandum imzalanıb . Kilsənin bərpası üçün elmi layihə sənədləri müəyyən edilmiş qaydada təsdiq edilmək üçün səlahiyyətli orqana təqdim edilmiş , bundan sonra bərpaya icazə də verilmişdir.

Mütəxəssislər tərəfindən həyata keçirilən və davam etdirilən bərpa işləri yerində müşahidə olunub . Layihənin təklif etdiyi həll yolları ilə müqayisədə düzəldiləcək və həyata keçiriləcək işlərin təfərrüatları müzakirə edilib.
Məlumdur ki, qədim Azərbaycan yurdu olan Dərələyəzdə ermənilər 1830-cu illərdən sonra məskunlaşıb . Navur kəndindəki körpü də, Çoratan kəndinin Müqəddəs Xripsime kilsəsi də qədim Azərbaycan tarixinin bir parçaqsıdır və ermənilər bu abidələri erməniləşdirmək üçün ona “təmir və bərpa” adı altında ciddi müdaxilə edəcəklər.

 Qeyd edək ki, mütəxəssislərin statistikasına görə İndiki Ermənistan ərazisində Azərbaycana məxsus 3500 tarix və mədəniyyət abidəsi yox edilib.

 Əntiqə Rəşid