adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Yanvar 2023 12:06
948
MƏMLƏKƏT

Ətin qiyməti qalxmayıb

Bir çox mətbuat orqanlarında və saytlarda bayram günlərində belə bir xəbər yayıldı ki, ətin qiyməti 20 manata qədər yüksəlib. Sözün düzü, bu məsələ bizi də çox narahat elədi. Yaşadığımız Yeni Günəşli yaşayış massivindəki ət sallaqxanalarına baş çəkdik və hətta ordan qoyun əti də aldıq. Həmin sallaqxanada qoyun ətinin 1 kq 15 manat 50 qəpik idi. Mal ətini isə 13 manat 50 qəpiyə satırdılar. Faktları dəqiqləşdirmək üçün elə biz də həm qoyun ətini, həm də mal ətini aldıq. Gördük ki, ətin qiyməti elə deyilən səviyyədə baha deyil. Yəni heç nə bahalaşmayıb. Sadəcə olaraq, bəzi adamlar özlərindən yalan xəbərlər düzəldir və cəmiyyətə ötürürlər. Amma görünən odur ki, əksər yerlərdə, hətta bayram günlərində belə qoyun və mal əti əvvəlki qiymətə satışa çıxarılıb.

Beyləqan rayonu ilə də əlaqə yaratdıq. Daşburun qəsəbəsində fəaliyyət göstərən ət sallaqxanasının qəssabı Xəqani dedi ki, müəllim, burda mal ətinin 1 kq 12 manatdır, quzu əti isə 15 manat civarında satılır. Bax belə. Nə yaxşı ki, qiymətlər qalxmayıb!

Emil FAİQOĞLU