adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Avqust 2022 13:22
458
İDMAN

"Ferentsvaroş"un futbolçuları da etiraf edir ki… - Elnur Məmmədlidən şərh


Bakıdakı ilk oyunda 1:1 hesabı ilə heç-heçə edən Ağdam təmsilçisi cavab görüşündə “Ferentsvaroş”a 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offda “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. "Qarabağ" ilk görüşünü evdə keçirəcək.

“Qurban Qurbanov taktiki baxımdan həmkarlarını üstələdi”.

“CBC sport”un aparıcısı, futbol şərhçisi Elnur Məmmədli “Qarabağ”ın dünənki oyunu barədə fikirlərini Adalet.az-la bölüşüb.

"Qarabağ" səfər oyununda rəqibdən bir baş üstün oynadı. "Ferentsvaroş" futbolçuları Bakıdakı matçdan sonra daha çox hava şəraitindən şikayətlənirdilər ki, çətin idi oynamaq. Amma belə görünür ki, sərin havada Ağdam klubu daha yaxşı təsir bağışladı. Bu oyunun ətrafında ajiotaj böyük idi. Çerçesovun vaxtilə Rusiya yığmasını çalışdırması qonşu ölkənin məbuatının da bu görüşə böyük maraq göstərməsinə gətirib çıxarmışdı. Üstəlik Rusiya klubları avrokuboklardan kənarlaşdırıldığından onlar yalnız bu cür şeylərlə başlarını qatırlar, təsəlli tapırlar.

Kadinin heyətə qayıtması "Qarabağ"ın oyununu xeyli gücləndirmişdi. Amma məncə, Qurban Qurbanov taktiki baxımdan həmkarlarını üstələdi. Onlar "Qarabağ"ın əks-hücumlarının bu dərəcədə təhlükəli olacağını gözləmirdilər. 2-ci qoldan sonra isə "Ferentsvaroş" artıq çökdü, futbolçular şokda idilər. Macarıstan mətbuatına diqqət yetridim, hər kəs qeyd edir ki, güclü olan klub növbəti mərhələyə yüksəldi. Bunu "Ferentsvaroş"un futbolçuları da etiraf edir ki, "Qarabağ" daha yaxşı idi meydanda. Bir sözlə, Azərbaycan çempionu layiq olduğu qələbəni parlaq şəkildə əldə etdi”.


Eminquey