adalet.az header logo
  • Bakı 11°C
26 May 2022 16:40
1162
MARAQLI

Fərqli salamlaşma qaydaları - Dünyada

Demək olar ki, yenilik insan üçündür insan da yenilik üçün. Elə buna görə də insan daim yeniliyə və bəzən də fərqliliyə can atır. Əslində fərqlilik özü də bir yenilik sayıla bilər. İstənilən bir ölkədə və ya məkanda ilkin olaraq ünsiyyətə salamlaşma ilə başladığımız məlumdur. Məhz bu gün sizə dünyanın fərqli ölkələrində salamlaşma qaydalarından danışmaq istədim. Beləliklə Fransada qeyri-rəsmi şəraitdə,hətta az tanış olan insanlar belə salamlaşarkən və ya sağollaşarkən öpüşürlər və yanaqları ilə toxunaraq havaya birdən beşə qədər sayaraq öpüş göndərirlər. İtaliya, İspaniya, Belçikada iki yanaqdan öpmək bir artıq adət şəklini alıb. Rusiyada insanlar rastlaşanda bir-birinə sağlamlıq, yüksək əhval-ruhiyyə arzu edirlər. Ruslar da avropalılar və amerikalılar kimi salamlaşarkən dost jesti olaraq əl verirlər. Əl sıxmanın da bir mənası var. Sağ əli uzatmaq yəni silahım yoxdur, niyyətim safdır deməkdir.

Almanlar öpüşməyi sevməyən bir xalqdır, hətta ”soyuq”bir millət kimi tanınırlar. Onlar da qaydaya görə saat 12-ə qədər “Sabahın xeyir”, 12- dən 17 - ə qədər “Günortan xeyir”, sonra isə “Axşamın xeyir”deyirlər. Bəzən isə adi salamla kifayətlənirlər. Almanlar həddindən artıq mehriban və sevgi hissi ilə dolu insanlara pis baxırlar, onları “sırtıq” adlandırırlar.

Başqa bir maraqlı bir salamlaşma növündən biri də Konqoda müşahidə etmək mümkündür. Bu ölkədə yaşayan insanlar salamlaşarkən əllərini bir- birinə doğru uzadıb, sonra onlara üfürməyə başlayırlar.

Ayrı bir qəribə salamlaşma növü ilə Keniyada rastlaşmaq olar. Onlar bir-biri ilə qarşılaşıb salamlaşarkən mütləq tüpürməlidilər. Belə salamlaşmanın mənası odur ki, insanlar bir-birinə qarşı olan hörməti göstərmiş olurlar.

Avropa ölkələrinin əksəriyyətində və Amerikada salamlaşarkən “işləriniz necədir” və yaxud “necəsən”-deyə soruşurlar. Bu sualların cavabı “yaxşı” və ya “normal” olmalıdır, “pis” demək onlarda ədəbsizlik sayılır.

Şərqin qədin ölkələri olan Çində və Yaponiyada insanlar görüşəndə bir-birilərinin qarşısında baş əyməlidirlər, ancaq onlar əllərini bədən boyunca uzadırlar. Baş əymək bir hörmət göstəricisi kimi sayılır, bu hərəkət daha çox cavan nəslin yaşlılara qarşı olan gözəl bir jestidir.

Hindistanda salamlaşma qaydasına görə hörmət əlaməti olaraq əllərini bərabərləşdirib sinəyə tuturlar. Bu da “sənə qarşı böyük bir hörmətim var” anlamına gəlir, ərəblərdə də buna oxşar bir salamlaşma növü var. Sadəcə hindistanlılardan fərqli olaraq əllərini sinələrinin üstünə qoyurlar.

Qəribə və eyni zamanda, çox maraqli bir salamlaşma növü ilə “sirli”Tibetdə rastlaşmaq olar. Bu ölkədə yaşayan insanlar görüşəndə sağ əllə papaqlarını çıxarıb, sol əllərini isə qulağın arxasına qoyub dillərini göstərirlər. Bu salamlaşma növünün qədim tarixə gedən çox maraqlı bir kökləri var. Qədim miflərə görə, insanlara qarşı çox zalım və qəddar kral Lanq Darmanın dili etdiyi pisliklərdən artıq qaralmışdı və insanlar bir-birilərinə dil göstərərkən nə dərəcədə xoşniyyətli və təmiz fikirli olduqlarını sübut edirlər.

Emosianal latın-amerikalılar salamlaşarkən mütləq qucaqlaşmalıdırlar, soyuqdan donan loplandiyalılar bir-birinə burunlarını sürtürlər və beləliklə qəlblərini isidir və həyatlarına müsbət enerji qatmış olurlar. Yeni Zelandiyadada oxşar bir salamlaşma müşahidə etmək mümkündür. Zelandiyalılar hesab edirlər ki burunlarını sürtərkən nəfəslərini belə birləşdirirlər və bu hərəkətləri Allaha belə xoş gedir.

Fillipinlilərdə də, qəribə bir ənənə var. Onlar salamlaşarkən yaşca balaca olan insan daha yaşda ondan təcrübəli və müdrük olan birinin əlini qaldırıb alnına qoyur. Bu hərəkəti ilə ona qarşı olan hörmətini göstərmiş olur.

Malaziyalılar “Hara gedirsən”, yəhudililər” Sizə sülh olsun”, farslar” Şən ol”, Qrenlandiyalılar isə “Yaxşı havadır” sözlərini söyləyərək salamlaşırlar. Afrikada yaşayan zuluslar isə “Mən səni görürəm” sözlərini qışqıraraq bir-birlərini salamlayırlar. Cənubi Afrikada yaşayan tayfalar isə görüşəndə əl çalırlar.

Qeyd edək ki, 1973-cü ildən başlayaraq hər il 21 noyabr Beynəlxalq Salamlaşma Günü kimi qeyd olunur. Bu bayram iki amerikalı qardaş Maykl və Braun Makkomakın adı ilə bağlıdır. Soyuq müharibə zamanında onlar çox maraqlı fikirləri ilə gündəmi zəbt etdilər. Onlar insanların bir-biri ilə salamlaşmağını təklif etdilər. Dünyanın 180 ölkəsində bu fikir dəstəklənib və həmin vaxtdan bəri dünyada yaşayan bütün peşə sahibləri, siyasi xadimlər, iş adamları, tanınmış şəxslər bu günü Salamlaşma günü kimi qəbul edirlər.

Hazırladı : Bünyamin Bünyadzdə