adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Avqust 2022 13:53
280
GÜNDƏM

Feyk xəbərlərdən nə vaxt canımız qurtaracaq?

Deməli, mətbuatda gedib ki, Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyev vəzifədə olarkən, bunu yol polisi saxlayır. Qalanından da xəbəriniz var. Yəqin videoda baxmısız. 

Daha sonra bir xəbər də yayılıb ki, guya Daxili İşlər Nazirliyi Səfər Mehdiyevi saxlayan yol polisi əməkdaşlarını DİN-dən xaric edib.

Əvvəla, niyə xaric etməlidir, yol polisi öz vəzifəsini yerinə yetirib. Nə isə... İndi oxuyuram ki, DİN Mətbuat  Xidməti məcbur olub açıqlama yayıb ki, polis işçilərinin xaric olunması xəbəri yalandı. Yəni məlumatı təkzib edib.

İndi prokurorluq həmən sayt rəhbərini çağırıb xəbərdarlıq eləsə, deyəcəklər söz azadlığı pozulur. Bu söz azadlığı deyil ey, söz azdırmaqdı.

Yeri gəlmişkək, DİN-in mətbuat xidməti mətbuat xidmətlərinin içərisində ən operativ işləyən bir təşkilatdır. Belə feyk xəbərlərlə ona mane olmayın.